Rusiya posportu daşıyanların Qarabağı tərk etməsi Moskvanın...

22-08-2023, 08:54           
Rusiya posportu daşıyanların Qarabağı tərk etməsi Moskvanın...
60-a yaxın Rusiya vətəndaşı Qarabağı tərk edib. Sonuncu dəfə 14 iyunda Rusiya pasportu daşıyan 40-a yaxın şəxs getmişdi.
Erməni mənbələr yaxın günlərdə Rusiya pasportu daşıyan şəxslərin bölgəni tərk edəcəyini, onların Laçın sərhəd-keçid məntəqəsindən çıxışı ilə bağlı razılaşmanın olduğunu yazır.
Qarabağdakı Rusiya vətəndaşlarının bir qismi sülhməramlı hərbçilərin ailələridir, lakin sülhməramlılar bölgəni tərk etmədiyi üçün ərazini tərk edənlərin onların ailə üzvləri olduğu inandırıcı deyil.
Gedənlərin əksəriyyətinin Qarabağda “ruc icması”nın üzvləri kimi təqdim edilənlər və Rusiya pasportu daşıyan ermənilər olduğu ehtimalı daha çoxdur. Moskva Qarabağda “rus icması” kartını rıçaqlardan biri olaraq saxlayırdı və istisna deyil ki, buna görə sülhməramlılar gəldikdən sonra bir qrup erməniyə pasport da verilib.
Lakin Bakının mövqeyi və atdığı addımlar situasiyanı dəyişdirdi, xüsusilə Laçın postunun qurulmasından sonra.
Rusiya posportu daşıyanların Qarabağı tərk etməsi Moskvanın “rus icması” planının mümkün olmayacağını anlaması kimi də qəbul edilə bilər.
Asif Nerimanli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru