İnformasiya təkcə sözlə deməkdə yox, hərəkətlə də ötürülə bilir.

23-08-2023, 08:28           
İnformasiya təkcə sözlə deməkdə yox, hərəkətlə də ötürülə bilir.
Ermənilərin quraşdırdığı kameraların vurulma videoları yayılıb. Hamı əhsən deyir. Biz də deyək.
Ancaq bu işin də bir əmması var. Bu kameralar fokus-bokusla orda peyda olmayıb. Azərbaycan tərəfinin istənilən bir addımından dərhal sonra erməni tərəfi video yayımlayır. Bütün bütün istiqamətlərdə müşahidə etmişik. Bu kameraların acı nəticələrini də görmüşük. Misal üçün, Şuşa istiqamətində sanitar maşına edilən həmlə. Həmin əməliyyatın hər saniyyəsi lentə alınmışdı. Ehtimal ki, elə kameralar vasitəsilə ermənilər pusku təşkil edib, nəticə əldə etmişdilər.
Kameraların vurulmasına əhsən demək olar, ancaq o kameraların quraşdırılmasının qarşısını zamanında almaq lazım idi.
Hərbçilər deyirdi ki, kameralar onlara mane olur. İndiki məqamda deyirlər ki, bəs bəzi şeyləri yazmaq doğru deyil, qarşı tərəf duyuq düşür. Sən zamanında kameralara izin ver, sonra başla dənləməyə. Qarşında dayanan o qədər axmaqdır ki, nəyin baş verdiyini qanmasın? İnformasiya təkcə sözlə deməkdə yox, hərəkətlə də ötürülə bilir.
Səxavət Məmməd
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru