Azərbaycan və İran generalları danışıb

23-08-2023, 12:08           
Azərbaycan və İran generalları danışıb
Avqustun 22-də Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovla İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Bagerinin telefon danışığı olub.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, təşəbbüs İran tərəfindən gəlib.

Məlumatda habelə bildirilir ki, tərəflər regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar:

“Telefon danışığı zamanı, həmçinin ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub”.
Xatırlatma
Yaxın vaxtlara qədər İranla Azərbaycanın münasibətlərində müəyyən gərginliklər müşahidə edilib.

Bu il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum da olub. Səfirliyin mühafizə xidmətinin bir əməkdaşı həlak olub, ikisi yaralanıb.

Bundan sonra səfirliyin əməkdaşları Azərbaycana təxliyə olunub. İran tərəfi hadisənin araşdırıldığını bəyan edib.

Amma Azərbaycanın İrandakı konsulluğu fəaliyyətini davam etdirir.
azadliq.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.