Osetiya və Abxaziyanın ilhaqı mümkündür - Medvedyev
23-08-2023, 10:05
Rusiya Cənubi Osetiya və Abxaziyanı ilhaq edə bilər.
Axar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.
“Rusiyaya qoşulma ideyası hələ də Abxaziya və Cənubi Osetiyada populyardır. Bunun üçün əsaslı səbəblər olarsa, həyata keçirilməsi mümkündür”, - Medvedyev bildirib.