Həm də zombiləşmiş, rəsmi xəbəri tanış “Maxe” deməsə inanmayan kütlə…

23-08-2023, 13:08           
Həm də zombiləşmiş, rəsmi xəbəri tanış “Maxe” deməsə inanmayan kütlə…
Nəyisə urvatsız etmək, canından bezdirmək, ən dəyərlini bir anda dəyərsizləşdirmək məsələsində dünyanın ən məşhur kəşfiyyat qurumları da orta statistik azərbaycanlının əlinə su tökməyə yaramaz.
Onlar kontrşpiyonajlığın, nüfuza zərbə vurmağın nəzəriyyəsini yaza bilərlər. Ancaq Cem Yılmazın Muhittin Topalakının azərbaycanlı prototipləri bir anda eyni adamı şah da edərlər, rəzil-rüsvay da… Yəni eyni adam bir şəxs haqqında sadəcə statusun ruhuna uyğun iki, bəzən üç fərqli mövqe sərgiləyə bilir ki, elm hələ də bu qafanın nə ilə qidalandığını kəşf etməkdə acizdir.
Hazırda isə baltalanan Rasim Balayevdir. Əgər diqqət göstərilməsə, neçə gün qəhrəmana çevirəcəkləri adam yerdən yerə vurulur. Heç xəlifə Mötəsim belə Babəkə bu qədər zülm etməmişdi ki, “əsrimizin Babək”i ondan betər işgəncəyə məruz tutulur. Samirə şəhərində Babəkin əvvəl ayaqları və qolları kəsilmişdi, sonra başı. Sosial media fəalları isə neçə gündən bəri Babəki “müsəlman etməyə çalışırlar”, ancaq hər dəfə tutuzdura bilmirlər. Arada Akif İslamzadə də öncə qəhrəman elan edilib, sonra sıradan çıxarıldı. Ancaq Rasim Balayevin urvatsız olma əməliyyatı hələ də aktuallığını qorumaqdadır.
Düzdür, Rasim Balayevdə də az yoxdur. Çıxacağın yayına bax da, kimlə çıxırsan. Ancaq “kütlə” sözündə haqq var. Bu “sünnərətçilər” əsla xalq deyil, kütlədir, kütlə…
Həm də zombiləşmiş, rəsmi xəbəri tanış “Maxe” deməsə inanmayan kütlə…
Təəssüf ki, bu kütlənin böyük əksəriyyəti də Z nəsli deyilənlərdən ibarətdir. Çünki təhsil olmayan yerdə cəhalət hökm sürür. Təhsilimizin ölüm halının gerçəkləşməsi belə bir acı nəticəni ortaya çıxarıb.
Acı, ancaq gerçəkdir…
Agil Ələsgər
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.