ABŞ BMT-nin Qarabağla bağlı iclasından sonra susqunluğunu pozdu: - “Qətnaməni görməmişik”

23-08-2023, 18:04           
ABŞ BMT-nin Qarabağla bağlı iclasından sonra susqunluğunu pozdu: -
ABŞ-ın Ermənistandakı səfirliyi bu ölkənin BMT Təhlükəsizlik Şurasının üzvü olan ölkələrə Qarabağda guya “humanitar böhran”la bağlı müzakirələrdən sonra qətnamə imzalamamaları üçün onlara təzyiq göstərməsi ilə bağlı məlumatı təkzib edib.

TEREF.AZ Cebhe.info-ya istinadla xəbər verir ki, ABŞ səfirliyi “Armenpress”-in sualına cavab olaraq bu mövzuya aydınlıq gətirib.

“ABŞ avqustun 16-da BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasından sonra Qarabağda humanitar vəziyyətlə bağlı qətnamə layihəsi təqdim etməyə hazırlaşırmı?” sualına səfirlikdən belə cavab verilib:

“Ötən çərşənbə günü ABŞ-ın BMT-dəki daimi nümayəndəsi, səfir Linda Tomas-Qrinfildin sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının Qarabağ məsələsi üzrə iclasında mövcud humanitar vəziyyətlə bağlı məsələlər müzakirə olunub.

Qətnamə layihəsini görməmişik və Birləşmiş Ştatların qətnaməni imzalamamaq üçün üzv dövlətlərə təzyiq göstərməsi ilə bağlı iddialar tamamilə yalandır.

BMT Təhlükəsizlik Şurasına verdiyimiz bəyanatda qeyd edildiyi kimi, Qarabağdakı humanitar vəziyyət bizi dərin narahat etməkdə davam edir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru