İsrailin müdafiə naziri Quterreşlə görüşəcək

24-08-2023, 11:14           
İsrailin müdafiə naziri Quterreşlə görüşəcək
İsrailin müdafiə naziri Yoav Qalant Nyu-Yorka səfər edəcək və orada BMT-nin Baş katibi Antonio Quterreşlə görüşəcək.
Bakupost.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında gözlənilən danışıqların mövzusu bəlli deyil. Qalant Nyu-Yorka səfəri zamanı İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdanla da görüşəcək.
Nazir həmçinin BMT Təhlükəsizlik Şurasının səfirlərinə təhlükəsizlik vəziyyəti ilə bağlı hesabat təqdim edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru