Ancaq dövlətlə hökuməti ayrı tutub, cəmiyyətdəki eybəcərliyə qarşı sözünü deyənlər,

24-08-2023, 15:57           
Ancaq dövlətlə hökuməti ayrı tutub, cəmiyyətdəki eybəcərliyə qarşı sözünü deyənlər,
Ataların da yalnışı olur. Mərdi qova-qova namərd etmək mümkün deyil. Ancaq dövlətlə hökuməti ayrı tutub, cəmiyyətdəki eybəcərliyə qarşı sözünü deyənlər, ölkəsinin daha işıqlı olmasını istəyənlər içdən qırılırlar.
Cemil Memmedlinin həbsini də bu aspektdən dəyərləndirmək lazımdır. Şimalda məddah olmayan, məmur masalarında masabəyilik etməyən, sözün düzünü dediyi üçün acıdil sayılan jurnalistin səsini boğmaq hansısa biznesmen və ya məmurun kefinə yaxşı gələ bilər. Ancaq cəmiyyət və dövlət bu qərarlardan ancaq itirə bilər.
Dediyim kimi əslində mərd olan əsla namərd olmaz, ancaq içi qırılar, küsər…
Tam da cənnətə uğurladığımız dostumuz, həmkarımız, dəyərlimiz
Zülfüqar Hüseynzadəni yad edərkən, başqa bir qiymətli qələmin müvəqqəti də olsa susdurulmasını öyrənmək çox üzücüdür…
İnanmaq istəyirəm ki, Cəmillə bağlı qərar ən qısa zamanda dəyişəcək…
Agil Alesger
P.S. Teref.az yazır ki, məhkəmədən sonra kuluarlarda gedən danışıqlara görə, Cəmil Mə\mmədlinin həbsinin arxasında keçmiş Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev durur. Babalı deyənlərin boynuna, hər halda bu həbs haqq sözü deyənləri susdurmaq üçün atıllan addımlardan biridir və inanaırıq ki, tez bir zamanda həqiqət öz yerini tapacaq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.