PUTİN PRİQOJİNİN ÖLÜMÜ İLƏ BAĞLI BAŞSAĞLIĞI MESAJI YAYDI - "Sonuna qədər gediləcək..." (Yenilənib)

25-08-2023, 00:11           
PUTİN PRİQOJİNİN ÖLÜMÜ İLƏ BAĞLI BAŞSAĞLIĞI MESAJI YAYDI -
Rusiya Prezidenti Vladimir Putin dünən Tver əyalətində təyyarə qəzasında həlak olanlarla bağlı başsağlığı verib.

"AzPolitika.info" TASS-a istinadən xəbər verir ki, Putin ilkin dəlillərin təyyarədə ölənlərin “Vaqner” şirkətinin nümayəndələri olduğunu göstərdiyini bildirib.

Rusiya Prezidenti Y. Priqojini 1990-cı illərin əvvəllərindən tanıdığını, onun çətin taleyi olmasına rəğmən istədiyi nəticələrə nail olduğunu vurğulayıb.

O, Priqojinin ciddi səhvlərə yol verdiyini, ancaq bacarıqlı adam olduğunu bildirib.

Rusiya Prezidenti həmçinin qeyd edib ki, hadisənin səbəblərini İstintaq Komitəsi araşdırır.

"Araşdırmada sonuna qədər gediləcək" - deyə, Putin bildiib.

"Hazırda mütəxəssislər “Vaqner” şirkətinin təsisçisi Yevgeni Priqojinin təyyarəsinin qəzaya uğrayması ilə bağlı ekspertiza aparırlar. Hazırda ekspertizalar aparılır: texniki, genetik ekspertizalar. Bu, bir qədər vaxt aparacaq”, - o deyib.

Putin “Embraer” təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin ailələrinə də başsağlığı verib: “Aviaqəzaya gəlincə, ilk növbədə bütün ölənlərin ailələrinə dərin hüznlə başsağlığı vermək istəyirəm. Bu, həmişə faciədir. Orada həqiqətən “Vaqner”çilər olubsa - ilkin məlumatlar göstərir ki, orada şirkətin əməkdaşları olub - qeyd etmək istərdim ki, onlar bizim ümumi işimizə töhfə vermiş insanlardır”

O, “Vaqner” döyüşçülərinin göstərdiyi xidmətləri də unutmayacaqlarını söyləyib.

Xatırladaq ki, Tverdə müəmmalı şəkildə yerə çırpılan təyyarədə "Vaqner"in sahibi Yevgeni Priqojin və komandiri Dmitriy Utkin də həlak olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.