Lavrovdan Makrona diplomatiya və ədəb xatırlatması

25-08-2023, 10:45           
Lavrovdan Makrona diplomatiya və ədəb xatırlatması
Makron "Le Point" jurnalına müsahibəsində faydalı hesab etdiyi zaman Putinlə danışacağını bildirmişdi.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Fransa prezidenti Emmanuel Makronun rusiyalı həmkarı Vladimir Putinlə faydalı olacağı zaman danışmağa hazır olduğunu bəyan etməsi onun üçün başa düşülməzdir.
"Əgər belə bir istək varsa, diplomatik kanallar vasitəsilə çatdırılmalıdır", - Lavrov deyib.
Bundan əvvəl Makron "Le Point" jurnalına müsahibəsində faydalı hesab etdiyi zaman Putinlə danışacağını bildirmişdi.
"Elementar ədəb və diplomatiya qaydaları tələb edir ki, siz öz maraqlarınızı – istər görüş, istər telefon danışığı, istərsə də başqa bir şey - diplomatik kanallar vasitəsilə çatdırasınız", - Lavrov mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, o, artıq bu cür açıqlamalara fikir vermir.
"Onlar Rusiyanın sivil topluma necə qaytarılacağını açıq şəkildə bəyan edəndə – bir il əvvəl Makron və (Almaniya kansleri Olaf – red.) Şolts demişdilər ki, biz dialoqu davam etdiririk, yenə də öz sözümüzü deyəcəyik. Mən bunu oxumağı , ona diqqət yetirməyi dayandırdım", - Lavrov bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.