Separatçılar “üçtərəfli görüş” istəyir – rədd ediləcək

26-08-2023, 14:28           
Separatçılar “üçtərəfli görüş” istəyir – rədd ediləcək
Separatçıların lideri Araik Arutyunyan müqavimət güclərinin azaldığını anlayır. Onun yeni hiyləsi Rusiyanın vasitəçiliyi ilə Azərbaycanın hökumət təmsilçiləri ilə növbəti dəfə Xocalıda görüşün təşkilidir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu ötən gün separatçı dəstənin “dövlət naziri” Qurgen Nersisyanın Rusiyanın vasitəçiliyi ilə “dialoq” çağırışı haqda qeyd edib.

Politoloqun sözlərinə görə, Arutyunyan Qurgen Nersisyanı qabağa verib:

“Separatçı dəstənin “dövlət naziri” Azərbaycan hökumətinin təmsilçiləri ilə görüşmək istədiklərini açıqlayıb. Görüş istəsələr də, azərbaycanlılarla üzbəüz qalmaqdan qorxurlar, tələb edirlər ki, masada ya Rusiya, ya da hansısa qeyri-müəyyən üçüncü tərəf otursun. Bu, Azərbaycanın maraqlarına cavab vermir. Üçüncü tərəfin iştirakıyla görüşə razılaşmaq məsələni beynəlliləşdirmək deməkdir. Havalar soyumağa başladıqca vəziyyətləri daha da ağırlaşacaq və onda vasitəçisiz görüşməkdən başqa alternativləri qalmayacaq, ya da sürətlə Qarabağı boşaltmağa başlayacaqlar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru