"NATO Ukraynada uzunmüddətli müharibəyə hazırdır" - Kanadanın Baş naziri

27-08-2023, 10:45           
"NATO Ukraynada uzunmüddətli müharibəyə hazırdır" -
"Qərb ölkələri Ukraynada uzunmüddətli müharibəyə hazırdır və nə qədər lazımdırsa, Kiyevi dəstəkləyəcək".

"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, bunu Kanadanın Baş naziri Castin Trüdo deyib.

Onun sözlərinə görə, Qərb ölkələri başa düşürdülər ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı gecikdirilə bilər, lakin bu, Kiyevə dəstəyin davam etdirilməsi baxımından problem deyil.

"G7 və NATO-da apardığımız danışıqlara əsasən, biz uzunmüddətli müharibəyə hazırıq, çünki Rusiyanın qalib gəlməsinə imkan verə bilmərik və etməməliyik", - Trüdo vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru