Putin açıqladı: Tezliklə onunla görüşəcəm!

2-09-2023, 10:34           
Putin açıqladı:
Tezliklə Çin lideri Si Szinpinlə görüşəcəyik və onunla humanitar əlaqələrin inkişafını və digər məsələləri müzakirə edəcəyik.

Hurriyyet.Az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Çox tezliklə tədbirlərimiz olacaq və Çin Xalq Respublikasının sədri ilə görüşəcəyik. O, məni dostum adlandırır, mən də onu belə adlandırmaqdan məmnunluq duyuram. Çünki o, şəxsən Rusiya-Çin münasibətlərinin və əlaqələrinin inkişafı üçün, müxtəlif sahələrdə çox işlər görən insandır. Biz onunla bu və humanitar əlaqələrin inkişafı istiqamətində daha nələrin edilə biləcəyini mütləq müzakirə edəcəyik”, - Putin bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru