Anar Bağırov amerikalı diplomatla görüşən vəkillərdən yazdı - "...əməl etdiklərinə şübhə etmirəm"

3-09-2023, 09:57           
Anar Bağırov amerikalı diplomatla görüşən vəkillərdən yazdı -
Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov ABŞ-ın Azərbaycandakı Müvəqqəti İşlər Vəkili Hugo Gevaranın həbsdə olan siyasətçi Qubad İbadoğlunun vəkilləri Bəhruz Bayramov və Zibeydə Sadıqova ilə görüşü haqqında yazıb.
TEREF.AZ Gununsesi.info-ya istinadla bildirir ki, bu görüş barədə ABŞ səfirliyinin sosial şəbəkədə yaydığı məlumatı paylaşan Kollegiya sədri bu qeydləri yazıb:

Hörmətli vəkillərimizin istintaq mərhələsində olan istənilən cinayət işinin hazırki vəziyyəti üzrə xarici ölkə səfirlərini tanış edərkən qüvvədə olan qanunvericiliyinin tələblərinin pozulmamasına, vəkil, o cümlədən, istintaq sirrini təşkil edən məlumatların yayılmamasına , ölkəmizdə akkreditə olunmuş xarici ölkə diplomatlarının isə baş verən hadisələr barədə məlumatların peşə və istintaq sirrini təşkil etməyən məlumatlar əsasında və beləliklə yalnız qanuni vasitələrlə öyrənilmasinə dair 1961-ci il tarixli “Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası”nın tələblərinə ciddi əməl etdiklərinə şübhə etmirəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru