Xankəndi “meri”nin ailəsi şəhərdən qaçıb - FOTO/VİDEO

3-09-2023, 11:23           
Xankəndi “meri”nin ailəsi şəhərdən qaçıb - FOTO/VİDEO
Xankəndidə özünü “mer” adlandıran separatçı David Sarkisyanın həyat yoldaşı bir müddət əvvəl Laçın sərhəd-keçid məntəqəsindən keçərək Azərbaycan şəhərini tərk edib.

Trend-in məlumatına görə, Azərbaycan İctimai Televiziyasının reportajını görən erməni mediası qadının şəxsiyyətini müəyyən edib.


Görünür, separatçı elita qaçılmaz sonun yaxınlaşdığını anladıqları üçün ailələrini götürüb qaçırlar.

Qeyd edək ki, Sarkisyanın yerli kənd təsərrüfatında işləyən həyat yoldaşı Erna Cavadyan əvvəllər hamıya and içib ki, heç vaxt Xankəndini tərk etməyəcək və onun sakinləri ilə qalacaq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru