Xankəndidə növbəti şou: Separatçılar “prezident” seçir

9-09-2023, 16:39           
Xankəndidə növbəti şou:
Xəbər verdiyimiz kimi, bu gün separatçı rejimin “parlament”ində “prezident”in seçilməsi üzrə xüsusi sessiya ilə işə başlayıb.

Yenisabah.az “Hraparak”a istiandla xəbər verir ki, iclasda 33 “deputat”dan 31-i iştirak edir.

Erməni nəşrinin əldə etdiyi məlumata görə, mümkün mübahisələrin və və “konstitusiya quruluşu”nun devrilməsinin qarşısını almaq üçün qondarma qurumun “təhlükəsizlik qüvvələri”nə hazırlıqlı olmaq tapşırılıb. Hazırda tanınmamış “DQR polisi”nin əməkdaşları “milli məclis”in giriş-çıxışlarını bağlayıb.

Qeyd edək ki, “prezident”in seçilməsi üçün 22 səs lazımdır. “Prezident”liyə yeganə namizəd isə “təhlükəsizlik şurası”nın “katib”i Samvel Şahramanyandır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru