Sülh sazişi imzalanarsa Zəngəzur dəhlizinin açılmasını əngəlləyəcək amil qalmayacaq

12-09-2023, 09:14           
Sülh sazişi imzalanarsa Zəngəzur dəhlizinin açılmasını əngəlləyəcək amil qalmayacaq
Rusiya baş nazirinin müavini, Cənubi Qafqazda regional kommunikasiyaların açılması ilə bağlı yaradılmış üştərəfli işçi qrupun rusiyalı həmsədri Aleksey Overçuk bildirib ki, kommunikasiya xətlərinin açılmasına Ermənistanla Azərbaycan arasında vəziyyətin gərginləşməsi mənfi təsir göstərir. Başqa necə ola bilər ki? Nə qədər iki ölkə arasında sülh sazişi imzalanmayıb, kommunkasiya xətlərinin açılması çətin görünür. İrəvan hər iki məsələnin həllini ləngidir.
O biri tərəfdən də İrəvana Tehran təzyiq edir ki, Zəngəzur dəhlizi açılmasın. Zəngəzur dəhlizinin açılmasını istəməyən ölkə və mərkəzlər Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasında da maraqlı deyillər.
Çünki sülh sazişi imzalanarsa Zəngəzur dəhlizinin açılmasını əngəlləyəcək amil qalmayacaq.
Elxan Şahinoğlu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru