“Rusiya yaxın vaxtlarda səfərbərlik elan edəcək” – “700 minə yaxın insan hərbi xidmətə çağırılacaq”

12-09-2023, 16:01           
“Rusiya yaxın vaxtlarda səfərbərlik elan edəcək” –
Yaxın vaxtlarda Rusiyada cəbhədəki canlı qüvvə itkilərini kompensasiya etmək üçün yeni səfərbərlik elan ediləcək.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının yaydığı məlumatda bildirilib.

Məlumata görə, Rusiya hakimiyyəti cəbhəyə əlavə olaraq 400-700 min nəfər göndərməyi planlaşdırır.

“Çeçenistan Respublikasından təxminən 40 min insanın cəlb edilməsi planlaşdırılır. Lakin Rusiyanın iki ən böyük şəhərində - Moskva və Sankt-Peterburqda səfərbərliyin həcmi yenə minimal səviyyədə olacaq”,- deyə məlumatda qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru