Laçın yolundan keçəcək yüklərə görə Ermənistan Azərbaycana gömrük vergisi ödəməyə razılaşacaqmı?

12-09-2023, 16:26           
Laçın yolundan keçəcək yüklərə görə Ermənistan Azərbaycana gömrük vergisi ödəməyə razılaşacaqmı?
Rusiyanın yük maşının Ağdamdan keçərək Xankəndinə yetişməsi tilsimin qırılması baxımından başlanğıc sayıla bilər, ancaq bu azdır.
Bu yoldan sadəcə, Rusiyaya aid yük maşını keçib, bizim yüklər qalıb. İndi Ermənistan və Qarabağ separatçıları yenə dirənəcəklər ki, “bəs Ağdam-Xankəndi yolu açıldı, Laçın yolu da açılmalıdır”.
Birincisi, Ağdam-Xankəndi yolunun işlək vəziyyətə düşdüyünü söyləmək tezdir. İkincisi, Laçın yolundan keçəcək yüklərə görə Ermənistan Azərbaycana gömrük vergisi ödəməyə razılaşacaqmı?
Gömrük vergisi ödəmək üçün isə qonşu ölkənin Azərbaycanın ərazi bütövlüyünü tanıması və müvafiq ticarət sazişlərinin imzalanması vacibdir. Bunların heç biri yoxdursa, Laçın yolu ilə bağlı tələsməyə ehtiyac yoxdur.
Elxan Şahinoğlu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru