Ağdam marşrutu ilə yüklərin Xankəndiyə göndərilməsi...

12-09-2023, 18:49           
Ağdam marşrutu ilə yüklərin Xankəndiyə göndərilməsi...
Rusiya tərəfi Qarabağdakı vəziyyətin nizamlanması üçün ardıcıl addımlar atır.

Teref.az Report-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O qeyd edib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iyulun 25-də Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin rəhbərləri ilə üçtərəfli görüşdə irəli sürdüyü təşəbbüsə uyğun olaraq, bütün maraqlı tərəflərlə qarşılıqlı əlaqə çərçivəsində Laçın və Ağdam marşrutlarının paralel açılması sxemi işlənib hazırlanıb.

Onun sözlərinə görə, ilk addım olaraq sentyabrın 12-də Rusiya Qızıl Xaç Cəmiyyətinin xətti ilə Ağdam marşrutu ilə regiona ərzaq partiyası gətirilib:

“Qarabağ sakinlərinə 15 tona yaxın ərzaq, şəxsi gigiyena vasitələri və yataq dəstləri verilib”.

M.Zaxarova yaxın gələcəkdə Ağdam marşrutu ilə paralel olaraq Laçın marşrutundan da istifadə olunacağına, ərzaq yüklərinin hər iki istiqamətdə müntəzəm olaraq, maneəsiz şəkildə regiona daxil olacağına ümidvar olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru