Rusiya neftindən imtina edən Almaniya onun ölkəyə gətirilməsini 12 dəfə artırıb

13-09-2023, 09:08           
Rusiya neftindən imtina edən Almaniya onun ölkəyə gətirilməsini 12 dəfə artırıb
Avropa ittifaqı tərəfindən Rusiyaya qarşı elan edilən neft embarqosuna rəğmən, Almaniya Hindistandan böyük həcmdə Rusiya neftini almaqda davam edir.
Gununsesi.info xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” jurnalı Federal Statistika İdarəsinin məlumatlarına istinadən yazıb.
Bu məlumatlara görə, Hindistandan Almaniyaya neft məhsulları idxalının həcmi 12 dəfə-2022-ci ilin ilk yeddi ayı ərzində 37 milyon avrodan 2023-cü ilin yanvar-iyul aylarında 451 milyon avroyadək artıb. Bu, Almaniyaya bu dövr ərzində neft məhsullarının bütöv idxalının 2, 4 faizi deməkdir, nəşr qeyd edib.
“Bu, əsasən, Hindistandan dizel yanacağı və ya mazut istehsalı üçün istifadə edilən qazoylun idxalı olub. Eyni zamanda, BMT-nin “Comtrade” məlumatlar bazasına əsasən, Rusiyanın Ukraynada təcavüzkar müharibəsi başlanandan Hindistan Rusiyadan böyük həcmdə xam neft idxal edir. Xam neft qazoylun istehsalı üçün əsas xammaldır”, – jurnal yazıb.
Jurnalın yazdığına görə, bu biznesin əsas benefisiarları Hindistanın iri neftayırma zavodları, o cümlədən hind milyardçısı Ambani ailəsinə məxsus “Reliance İndustries” sənaye konqlomeratı və ya ölkədə ölçüsünə görə ikinci olan neftayırma zavodunun operatoru “Nayara enerji” zavodudur. “Nayara”nın əsas sahibkarı 49 faiz səhmlərə malik “Rosneft”dir. Daha 49 faiz Rusiyanın USP investorlar qrupunun səhmlərinin yarısına malik olan konsorsiuma məxsusdur.
2022-ci ilin may ayının sonunda Avropa İttifaqı liderləri Rusiya neftinin ixracına qadağa qoyulması ilə bağlı razılığa gəlib. Embarqo dekabr ayında qüvvəyə minib. 5 fevral 2023-cü ildə bu qadağa neft emalı məhsullarına da şamil edilib. Bundan başqa, bir barreli 60 dollardan artıq satılan Rusiya nefti tanker daşınmaları üzrə sığorta xidmətlərindən məhrum edilib.
Bundan sonra Rusiya öz karbohidratlarını Çin və Hindistana böyük diskontlarla satmağa başlayıb, bu zaman “neft həddi”ndən yankeçən sxemindən istifadə edib.
İyul ayında Almaniyanın vitse-kansleri, iqtisadiyyat naziri Robert Habek Hindistanın Rusiya neftini ucuz qiymətə alışından narazılığını bildirib.
“Hindistanın Rusiyaya qarşı sanksiyalardan və ümumi vəziyyətdən Rusiyadan fəal neft idxalı hesabına mənfəət əldə etməsinin düzgün olduğunu düşünmürəm”, – Habek Hindistanla Almaniya arasında azad ticarət haqqında saziş üzrə danışıqlar üçün Dehliyə səfəri ərəfəsində deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.