Mariya Zaxarova: “Rus və erməni xalqlarının davası Ermənistan üçün fəlakətli olardı”

13-09-2023, 09:35           
Mariya Zaxarova: “Rus və erməni xalqlarının davası Ermənistan üçün fəlakətli olardı”
“Rus və erməni xalqlarının davası Ermənistan üçün fəlakətli olardı”.

“Report”un TASS-a istinadən məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O, qeyd edib ki, Rusiya Ermənistan rəhbərliyinin iki ölkənin xalqını dava etmək üçün fəlakətli planlarının olmadığına ümid edir.

"Ümid edirəm ki, bu baş verməyəcək. İnanıram ki, Ermənistan rəhbərliyində heç kimin belə bir məqsədi və vəzifəsi yoxdur. Çünki, fikrimcə, bu, sadəcə Ermənistan üçün fəlakətli olardı", - Zaxarova İrəvanın iki ölkənin xalqlarını hansısa bir şəkildə qarşı-qarşıya qoya bilməsinin mümkünlüyü barədə suala cavabında deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru