Luis Okamponu yalançı soyqırım iftirasına görə məsuliyyətə cəlb olunması təşəbbüsləri başlamalıdır

13-09-2023, 14:19           
Luis Okamponu yalançı soyqırım iftirasına görə  məsuliyyətə cəlb olunması təşəbbüsləri başlamalıdır
Böyük Britaniyalı vəkil Rodni Diksonun Beynəlxalq Cinayət Məhkəməsinin eks birinci prokuroru Luis Okamponun Azərbaycan əleyhinə rəyini ifşa edən hesabatı BMT-nin rəsmi sənədi kimi dərc olunub.
- Hesabatda bildirilir ki, Okamponun rəyi hüquqi baxımdan əsaslı şəkildə qüsurludur.
- Hesabat hərtərəfli, müstəqil və qərəzsiz ekspert rəyinin metodologiyasını əks etdirmir.
- Hüquqi kontekstdə və mövcud sübutların rasional təhlilinə imkan vermir.
- Ermənistan və Azərbaycan arasında Beynəlxalq Məhkəmədəki prosesləri yanlış səciyyələndirir.
Dikson belə nəticəyə gəlir ki, hazırda guya Qarabağın erməni əhalisinin qondarma “soyqırımı”nın baş verdiyi iddiası heç bir dəlillə təsdiqlənmir və beynəlxalq ictimaiyyət bunu və iddia edilən nəticələri qəbul etməməlidir.
O qeyd edir ki, “soyqırımı” ilə bağlı saxta ittihamlar beynəlxalq hüquqa əsasən məsuliyyətə cəlb olunan qanunsuz əməllərdir”.
Azərbaycan erməni nağılbazı Luis Okamponu yalançı soyqırım iftirasına görə məsuliyyətə cəlb olunması təşəbbüsləri başlamalıdır.
Yegana Haciyeva
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru