Azərbaycana qarşı təxribatda iştirak edən İqor Volodin vəzifədən qovuldu - FOTOLAR

14-09-2023, 08:54           
Azərbaycana qarşı təxribatda iştirak edən İqor Volodin vəzifədən qovuldu - FOTOLAR
Yekaterinburq Yeni Dumasının spikeri Ural Federal Universitetinin sosiologiya və politologiya departamentinin 33 yaşlı direktoru Anna Qurariy olacaq.

Teref.Az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Qeyd edək ki, bu postda ondan əvvəl bu ilin avqustunda “Talış-Muğan Muxtar Respublikası” adlı qondarma qurumun ildönümü münasibətilə erməni dairələrinin təşkil etdiyi təxribat xarakterli tədbirdə iştirakı ilə dövlətlərarası qalmaqalla yadda qalan İqor Volodin olub.

Bundan əvvəl “Ural Meridian” xəbər agentliyi yazmışdı ki, bu münasibətlə Azərbaycan Rusiya Xarici İşlər Nazirliyinə etiraz notasıgöndərmiş və qubernator Yevgeni Kuyvaşevə məktub yazaraq Yekaterinburq Duması rəhbərinin açıq-aşkar təxribat xarakterli tədbirdə iştirakını pisləmişdi.

Həmin bəyanatda bildirilmişdi ki, bu addım Rusiya və Azərbaycan arasında strateji tərəfdaşlığa, habelə tərəflərin öhdəliklərinə ziddir.

Bundan sonra Rusiya mətbuatı Volodinin təxribat xarakterli hadisədə iştirakının bölgə rəhbərliyinin kəskin narazılığına səbəb olduğu və Azərbaycanın Rusiyadakı səfirliyindən üzr istəməli olduğu barədə məlumat yayıb. Eyni zamanda qeyd olunub ki, bu qalmaqalla əlaqədar Volodin yenidən Yekaterinburq Dumasının spikeri vəzifəsinə seçilməyəcək. \\KONKRET.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru