İlon Mask: “ABŞ prezidentindən birbaşa əmr almış olsaydım, bunu edərdim…” VİDEO

14-09-2023, 11:44           
İlon Mask: “ABŞ prezidentindən birbaşa əmr almış olsaydım, bunu edərdim…” VİDEO
İlon Mask ABŞ-ın sanksiyaları səbəbindən Krımda Starlink peyk internetini işə sala bilməyəcəyini bildirib. Milyarderin sözlərinə görə, Rusiyaya qarşı sanksiyalar Krımı da əhatə etdiyinə görə orada işləmək üçün ABŞ hökumətindən xüsusi icazə almalıdır.
Qaynarinfo xəbər verir ki, o, bunu All-In Summit texnologiya konfransında çıxışı zamanı bildirib.
“Əgər mən ABŞ prezidentindən sistemin işə salınması ilə bağlı birbaşa əmr almış olsaydım, bunu edərdim, lakin belə bir əmr verilmədi”, – Mask deyib.
Xatırladaq ki, sentyabrın 7-də CNN xəbər verib ki, Mask keçən il Ukraynanın Rusiya donanmasına hücumunun qarşısını almaq üçün Krım yaxınlığında Starlink-in söndürülməsini əmr edib. Jurnalistlər bu məlumatı Uolter Ayzeksonun o vaxt hələ satışa çıxmamış “İlon Mask” kitabından götürüblər. İş adamının özü bu məlumatı şərh edərək bildirib ki, onsuz da Starlink Krımda işləmir, ona görə də orada onu söndürə bilməzdi.
Eyni zamanda Mask etiraf edib ki, o, həqiqətən də dronların Sevastopola irəliləməsini təmin etmək üçün Starlink-i işə salmağı xahiş edən Ukrayna hərbçilərinə yox deyib. “Əsasq məqsəd Rusiya donanmasının böyük hissəsini lövbərdə batırmaq idi. Razılaşsaydım, SpaceX açıq şəkildə böyük bir müharibə və münaqişənin eskalasiya aktında iştirak edərdi”, – Mask izah edib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.