ABŞ Rusiya ilə əlaqəli onlarla şəxsə yeni sanksiyalar tətbiq edib

15-09-2023, 00:14           
ABŞ Rusiya ilə əlaqəli onlarla şəxsə yeni sanksiyalar tətbiq edib
ABŞ Rusiya ilə əlaqəli onlarla fiziki və hüquqi şəxsə yeni sanksiyalar tətbiq edib.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat verilib.

"Bu gün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Ukraynayan qarşı müharibədə Rusiyanın potensialını sarsıtmaq üçün sanksiyalardan və iqtisadi məhdudiyyətlərdən istifadə etməyə davam etdiyi üçün Rusiya elitasına və Rusiyanın sənaye bazasına, maliyyə institutlarına və texnologiya təchizatçılarına qarşı 100-ə yaxın sanksiya tətbiq edir. Dövlət Departamenti həmçinin 70-dən çox fiziki şəxsə sanksiya tətbiq edir. Bugünkü sanksiyalar Rusiyanın Ukraynaya qarşı amansız müharibəsindən faydalanan, dəstəkləyən və davam etdirən şəxslərə yönəlib" məlumatda deyilir.

Sanksiya tətbiq olunanlar arasında rusiyalı oliqarx Andrey Removiç Bokarev, Bokarevin həyat yoldaşı Olqa Vladimirovna Syrovatskaya və Rusiyanın iri vaqon istehsalçısı Transmaşholdinq ASC (Transmash) var. Həmçinin, Bokarevin biznes ortağı İskəndər Kaxramonoviç Mahmudov (Maxmudov) və Mahmudovun oğlu Cahangir İskəndəroviç Mahmudov (Cahangir), həmçinin Mahmudovun sahib olduğu Ural Mədən və Metallurgiya Şirkətti də sanksiyalara məruz qalıb.

ABŞ bu sanksiyalar paketində yalnız Rusiyadan deyil, eyni zamanda Türkiyədən, Birləşmiş Ərəb Əmirliklərindən, Finlandiyada və Gürcüstandan olan qurumlara qarşı sanksiyalar tətbiq edib.

Sanksiyalar paketi Rusiyanın enerji sektorunun inkişafına, Arktikadakı təbii qaz layihələrinə yadım edən, habelə Rusiya silahlarını istehsal edən və təmir edən mədən və fabriklərin fəaliyyətinə məhdudiyyətlər qoymaq məqsədi daşıyır.

Sankiya tətbiq olunan hüquqi və fiziki şəxslərin siyahısı ilə ABŞ Maliyyə Nazirliyinin saytında tanış olmaq mümkündür.

Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.