Vaşinqtonun İrəvana yardımı Rusiya əleyhinə tramplin yaratmaq məqsədi daşıyır - Slutski

15-09-2023, 11:10           
Vaşinqtonun İrəvana yardımı Rusiya əleyhinə tramplin yaratmaq məqsədi daşıyır - Slutski
ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Yuri Kimin İrəvanı təhlükəsizlik və Vaşinqtonla əməkdaşlıq sahəsində dəstəkləməsi ilə bağlı bəyanatları Zaqafqaziyada anti-Rusiya tramplininin yaradılmasına yönəlib.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski deyib.

Yuri Kim bildirib ki, ABŞ Ermənistanın inkişafına, müdafiəsinə və təhlükəsizliyinə yönəlmiş dəstəyi mümkün qədər genişləndirməlidir.

“O, ABŞ Senatının Xarici Əlaqələr Komitəsində dinləmələr zamanı qeyd edib ki, söhbət “Rusiya ilə deyil, Ermənistanın ABŞ ilə tərəfdaşlığından” getməlidir. İndi Vaşinqton İrəvana “kömək etməyə” hazırdır, aydındır ki, Zaqafqaziyada yeni anti-Rusiya tramplin yaratmaq arzusundadır”, – Slutski bildirib.

Slutski Kiyevə də analoji yardımın təklif olunduğunu xatırladıb. “Ukrayna indi ABŞ-ın marionetinə çevrilib, suverenliyini itirib və bir çox vətəndaşını itirib”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.