Tevanyan: Seçkidə qalib gəlsək, Paşinyanı hökumət binasından qovacağıq

15-09-2023, 14:38           
Tevanyan: Seçkidə qalib gəlsək, Paşinyanı hökumət binasından qovacağıq
Əgər blokumuz bu seçkilərdə qalib gəlsə, ilin sonuna qədər Paşinyanı Hökumət binasından qovmağa söz verirəm.

Teref.Az musavat.com-a istinadən bildirir ki, bunu Ermənistanın "Ana Ermənistan" blokundan İrəvan merliyinə namizəd Andranik Tevanyan bildirib.

"Biz hakimiyyət üçün siyasi dəfn mərasimi keçirəcəyik",-deyə Tevanyan tərəfdarlarına səslənib.

"Bu, müharibə ilə sülh, qələbə ilə məğlubiyyət arasında seçimdir. Əgər indiki hakimiyyət qalsa, o zaman müharibə və məğlubiyyət qaçılmazdır. Paşinyan qalsa, Ermənistan bir neçə gün ərzində subyektivliyini və dövlətçiliyini itirəcək. O, vətən xainidir. Vətən xaini Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyandır"- deyə erməni siyasətçi qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru