Sergey Çemezovun oğlu müharibə əleyhdarı imiş

15-09-2023, 19:14           
Sergey Çemezovun oğlu müharibə əleyhdarı imiş
Rusiyanın əsas silah istehsalçı şirkəti “Rostex”in rəhbəri Sergey Çemezovun oğlunun Ukraynadakı savaşa qarşı olduğu ortaya çıxıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, gənc Çemezovun müharibə əleyhinə yazıları bəyəndiyi və Rusiyada “xarici agent” elan olunmuş şəxslərlə ünsiyyətdə olduğu bildirilir.

Lakin son il yarım ərzində kiçik Sergey Çemezovun əslində Rusiyada “Xüsusi hərbi əməliyyat” adı verilən işğalçı savaş əleyhinə nəsə yazdığını görən olmayıb. Yalnız müharibənin əvvəlində o, “Dünya Sülhü” şüarı ilə geyim məhsulları buraxıb. Burada belə “Rostex” rəhbərinin oğlu sözlərini diqqətlə seçib: “Şirkətimiz yarandığı andan xeyirxahlığı dəstəkləyib”.

Kiçik Çemezov İnstaqramda mütəmadi olaraq müharibə əleyhinə paylaşımları bəyənir. 24 fevral 2022-ci ildə o, “Müharibəyə yox” yazan İvan Urqantın postunu dəstəkləyib. Xatırladaq ki, sonuncu bundan sonra Birinci Kanalda efir vaxtını itirib. Çemezovun oğlu komediyaçı Danila Popereçnıy, müğənni və “xarici agent”, “Leva Bi-2” və musiqiçi İvan Dornun müharibə əleyhinə yazılarını da bəyənib. O, həmçinin Kirill Serebrennikovun “Müharibəni, qətli, soyqırımı dayandırın” sözləri ilə statusunu dəstəkləyib. Sergey tez-tez Yuri Dud, Mariya Pevçix, reper Liqalayz və jurnalist Leonid Parfyonovun savaş əleyhinə paylaşımlarını bəyənir.

Kiçik Sergey Çemezov eyniadlı geyim brendini istehsal edən “World Peace” MMC-nin həmtəsisçisidir. Savaş başladıqdnan az müddət sonra şirkət 3,5 milyon rubl zərər edib. Lakin müharibə əleyhinə mövqeyinə baxmayaraq, Çemezovun kiçik oğlu çoxsaylı sanksiyalar altındadır. Görünür, Qərb orqanları onun bu məsələdə səmimiyyətinə inanmır və əslində sanksiyalardan yayınmaq üçün bu addımları atdığını düşünür.

Rusiya savaşa qarşı olan tanınmış şəxslərin və məmurların övladları arasında senator İsakovun qızı - Diana, siyasətçi Sergey Mironovun oğlu Yaroslav, Rusiyanın ilk prezidenti Boris Yeltsinin nəvəsi Mariya Yumaşeva, iş adamı Roman Abramoviçin qızı Sofiyanın adı keçir.

Ətraflı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.