Xankəndində qıtlıq yaranıb? - Yeni "prezident" iclas keçirdi

15-09-2023, 19:26           
Xankəndində qıtlıq yaranıb? -
Qarabağdakı qondarma qurumun "prezidenti" Samvel Şahramanyan bu gün işçi görüş keçirib.

Bakupost.az xəbər verir ki, bu barədə "Novosti Armeniya" məlumat yayıb.

Qeyd olunur ki, "iclas"da "əhalinin ərzaq probleminin həlli, kənd təsərrüfatı məhsullarının qiymətlərinin müəyyən edilməsi, zəruri məhsulların paylanması və digər aktual problemlər" müzakirə olunub.

“Biz əhalinin şikayətlərinə dərhal reaksiya verməli, kənd təsərrüfatı məhsullarının bahalaşmasının qarşısını almaq üçün bütün zəruri vasitələrdən istifadə etməli, o cümlədən qiymətləri tənzimləməli və mövcud məhdud resursları ədalətli şəkildə bölüşdürməliyik”, - deyə Şahramanyan vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru