Böyük Britaniya Baydeni Rusiyaya kömək etməkdə günahlandırıb

16-09-2023, 08:10           
Böyük Britaniya Baydeni Rusiyaya kömək etməkdə günahlandırıb
Ağ Evin hazırkı rəhbəri artıq öz vəzifələrini yerinə yetirə bilmir, lakin ətrafı onun zehni qabiliyyətlərinin zəifləməsinin qeyd olunmadığını iddia edir.
ABŞ Prezident Administrasiyası öz hərəkətləri ilə Qərb ölkələrinin ikiüzlülüyünü nümayiş etdirir, istər-istəməz Moskva və Pekinə Qərbin "mənəvi üstünlük" iddialarına məhəl qoymamağa kömək edir.
Bu barədə Britaniyanın "The Telegraph" qəzeti yazıb.
Məqalədə qeyd edildiyi kimi, ABŞ Prezidenti Co Bayden qərar qəbuletmə səlahiyyətlərini köməkçilərinə həvalə edib. Bu da Moskva və Pekinə Qərb ölkələrinin iddialarını laqeyd yanaşmaq imkanı verib.
Məqalə müəllifi bildirib ki, Ağ Evin hazırkı rəhbəri artıq öz vəzifələrini yerinə yetirə bilmir, lakin ətrafı onun zehni qabiliyyətlərinin zəifləməsinin qeyd olunmadığını iddia edir. Jurnalist bu cür "narahat həqiqəti" inkar etməyi "platonik ənənələrdə nəcib yalan"adlandırıb.
"Ancaq bir çox başqalarının fikrincə, bu, yersiz qəddarlıqdır, 80 yaşlı qocanı mühüm dövlət vəzifəsində saxlamaq daş ürəklilərə məxsus bir qərardır", - deyə nəşrdə Baydenə "təqaüddə istirahətdən zövq almaq" tövsiyəsi verilib.
Xatırladaq ki, bu ərəfədə ABŞ jurnalisti Seymur Herş bildirib ki, ABŞ prezident administrasiyası Ukrayna üzrə əlverişsiz kəşfiyyat məruzələrinə qəsdən məhəl qoymayıb, çünki onlar Vaşinqtonun nüfuzuna xələl gətirəcəklər.
Sputnik












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.