Paris merinin erməni əsilli köməkçisi azərbaycanlılara qarşı təxribat törədib

17-09-2023, 09:43           
Paris merinin erməni əsilli köməkçisi azərbaycanlılara qarşı təxribat törədib
Paris merinin erməni əsilli köməkçisi azərbaycanlılara qarşı təxribat törədib! Fransanın paytaxtı Paris şəhərinin 15-ci rayonunda keçirilən Assosiasiyalar Forumunda Azərbaycanın stendinin qarşısında Paris merinin erməni əsilli köməkçisi təxribat törətməyə çalışıb.
Paris merinin assosiasiyalar üzrə köməkçisi, erməni əsilli Anuş Toranyan bir nəfər fransalı həmkarının müşayiəti ilə Azərbaycanın stendinin qarşısında dava salıb və stendimizi dağıtmağa çalışıb.
Anuş Toronyan Fransız ermənilərinin təşkilatı CCAF-ın ( Fransa erməni təşkilatlarının koordinasiya şurası) rəhbəri Ara Toronyanın qızıdır.
O Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının üzvlərini təhqir edib, ölkəmizə dair nalayiq sözlər işlədib. Lakin təxribatın qarşısı alınıb.
Azərbaycan Fransanın paytaxtı Parisin 15-ci rayonunda keçirilən Assosiasiyalar Forumunda təmsil olunub. Azərbaycanı Fransa-Azərbaycan Dialoqu Assosiasiyası təmsil edib.
Yegana Haciyeva
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru