İranlı nazir yenə “qırmızı xətt”i keçdi: “Zəngəzur dəhlizinə imkan verməyəcəyik”

17-09-2023, 20:44           
İranlı nazir yenə “qırmızı xətt”i keçdi: “Zəngəzur dəhlizinə imkan verməyəcəyik”
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ərəbcə “Əl-Vəfaq” qəzetinə müsahibəsində verib və “Zəngəzur dəhlizi” məsələsinə münasibət bildirib.

Cebhe.info İRNA-ya istinadən xəbər verir ki, nazir “İran ölkəni Ermənistanla birləşdirən bölgədəki tarixi marşrutunun məhdud və ya qapalı olmasına icazə verməyəcək”,-deyib.

O, müsahibəsində həmçinin qeyd edib ki, İran öz milli maraqlarını qorumaq üçün Şərq və Qərb ölkələri ilə qarşılıqlı əlaqədə olsa da, müstəqilliyini qorumaq üçün “nə Şərq, nə də Qərb” siyasəti yürüdür.

İranın xarici işlər naziri “Müqavimət oxu”nu xarici siyasətimizin ən mühüm istiqamətlərindən biri adlandırıb.

Əmir Abdollahian qeyd edib ki, bəzi ərəb ölkələri İsraillə münasibətlərini normallaşdırıb, lakin bu addım bu ölkələrin suverenliyinə məhəl qoymamağa məcbur edib:

“Təhlükəsizlik orqanlarımızda sionist rejimin bu ölkələrin suverenliyinə məhəl qoymaması və onların xəbəri olmadan regionun təhlükəsizliyinə qarşı addımlar atması ilə bağlı ətraflı sənədlər var”.

İranlı nazir əlavə edib:

“Buna görə də sionist rejimlə münasibətlərin normallaşmasının İslam dünyası və region ölkələrinə fayda verəcəyini düşünmək həqiqətdən uzaqdır”.

Əmir Abdullahian açıq şəkildə bildirib ki, bir gün bütün ərəb və islam ölkələri İsraillə münasibətlərini normallaşdırmağa çalışsalar belə, İran İslam Respublikası regionda müqaviməti müdafiə etmək prinsipindən əl çəkməyəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.