İranda hicaba qarşı etirazlar yenidən başlayıb

18-09-2023, 14:56           
İranda hicaba qarşı etirazlar yenidən başlayıb
İranda yenidən ictimai etirazlar başlayıb.

"Unikal" CNN-ə istinadən xəbər verir ki, etirazlar Məhsa Əminin ölümünün birinci ildönümünə təsadüf edir. Paytaxt Tehran da daxil olmaqla ölkənin ən azı altı böyük şəhərində Əminin xatirəsinə mitinqlər keçirilib. İranın şimalındakı Lahicanda etiraz aksiyası silahlı polis tərəfindən dağıdılıb.

Bəzi etirazçılar hökumət əleyhinə bəyanatlar səsləndiriblər. Bir çox etirazçı İranda bir il əvvəl başlayan kütləvi etirazlar zamanı fəal şəkildə istifadə edilən “Qadınlar, həyat, azadlıq” şüarını səsləndirib. Həmin vaxt ölkə əhalisi hakim rejimin siyasəti ilə razılaşmadığını bildirib, qadınlar İranda qəbul olunmuş hicab taxmaq üçün sərt tələblərin yumşaldılmasını tələb ediblər. Keçən il etirazlar hakimiyyət tərəfindən sərt şəkildə yatırıldığı üçün indi mitinqlər çox az yayılıb.

Paris, Brüssel, Berlin və Londonda da Məhsa Əminin xatirəsinə də mitinqlər keçirilib. Bu arada, İranın özündə, qızın ölümünün birinci ildönümündən əvvəl, atası, əmisi və qardaşı bir neçə saat saxlanılıb - onlara kütləvi anım tədbirlərini "təşviq etməmək" barədə xəbərdarlıq edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru