Paşinyan seçkilərdəki uğursuzluğa görə silahdaşlarını cəzalandıracaq

19-09-2023, 14:24           
Paşinyan seçkilərdəki uğursuzluğa görə silahdaşlarını cəzalandıracaq
Paşinyan İrəvandakı seçkilərin uğursuzluğuna görə məsuliyyət daşıyanları cəzalandırmaq istəyir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Joxovurd" nəşri yayıb.

Mənbə qeyd edib ki, hakim "Vətəndaş müqaviləsi" partiyasının İdarə Heyətinin dünənki iclası qızğın keçib, partiya üzvləri uğursuzluğa görə bir-birini günahlandırıblar.

Paşinyanın fikrincə, uğursuzluğa səbəb silahdaşlarının hərəkətsizliyi olub.

İclasda partiyanın kadr siyasətinin səhv olduğu barədə qərar verilib. Belə çıxır ki, yaxın gələcəkdə bir sıra istefalar gözlənilir.

Bu arada hakimiyyət öz namizədinə mer postunu təmin etmək üçün "Respublika" partiyası ilə koalisiya yaratmaq imkanını müzakirə edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru