NATO-nun Varşava sammitinin kommünikesində Azərbaycanın ərazi bütövlüyü dəstəklənib

9-07-2016, 19:39           
NATO-nun Varşava sammitinin kommünikesində Azərbaycanın ərazi bütövlüyü dəstəklənib
NATO-nun Varşava sammitində üzv dövlətlər tərəfindən dövlət və hökumət başçıları səviyyəsində yekun kommünike qəbul edilib.

APA-nın məlumatına görə, kommunikenin 24-cü paraqrafında NATO üzv dövlətləri Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəkləməkədə sadiq olduqlarını bir daha vurğulayaraq, Cənubi Qafqazda mövcud olan münaqişələrin məhz beynəlxalq hüququn bu prinsipləri və normaları, BMT Nizamnaməsi və Helsinki Yekun aktı əsasında həllini dəstəklədiklərini ifadə ediblər.

Xatırladaq ki, NATO-nun bundan əvvəlki zirvə toplantılarında, o cümlədən 4-5 sentyabr 2014-cü ildə Uelsdə keçirilmiş sammitinin yekun bəyanatında da alyansın üzv dövlətləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəklərini ifadə edərək, Cənubi Qafqazdakı münaqişələrin məhz bu prinsiplər əsasında həllini dəstəklədiklərini vurğulayıblar. Dövlətlərin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etmək və ya güc tətbiq edərək hədələməyin qəbuledilməzliyi vurğulanmış və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət edilməsinin vacibliyi qeyd olunüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.