Avropa İttifaqı daxilində siyasi böhran yaranıb VİDEO

25-09-2023, 12:24           
Avropa İttifaqı daxilində siyasi böhran yaranıb VİDEO
Avropa İttifaqı daxilində dərin mədəni və siyasi fikir ayrılıqları mövcuddur.

TEREF.AZ yazır ki,Xezerxeber.az-ın məlumatına görə, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borelin səsləndirdiyi bu fikir əslində çox mətləblərə aydınlıq gətirir.

Mövzu ilə bağlı danışan siyasi şərhçi İlyas Hüseynov deyir ki, hazırda dünyada gedən qlobal transformasiyalar fonunda Avropa İttifaqı bir tərəfdən siyasi böhran yaşayır, digər tərəfdən isə qurumun funksionerlərinin vahid fikirdə olmaması və bəzən ziddiyətli açıqlamalar verməsi böhranı daha da dərinləşdirir.

Siyasi şərhçinin sözlərinə görə, Avropa İttifaqının Cənubi Qafqaza dair münasibətdə də fikir ayrı-seçkiliyi mövcuddur.

Həmçinin Cozef Borrelin fikirləri ilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında da bir sıra məsələlərdə uyğunsuzluq hökm sürür. O bildirib ki, Şarl Mişel Azərbaycanın maraqlarına uyğun gələn regional sabitlik və nizamlanma istiqamətində mesajlar verir, Borelin isə əks mövqeyi gözə çarpır.

Siyasi şərhçi onu da əlavə edib ki BMT Təhlükəsizli Şurasında keçirilən müzakirələr zamanı da Avropa İttifaqının Azərbaycana qarşı münasibətdə qeyri-adekvat və qeyri-demokratik davrandığı aydın göründü. İttifaqın ədalətsiz mövqeyi onun qərəzli siyasi məqsədlərini bir daha təsdiq etdi.

Teref.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.