NATO-nun Avropa İnkişaf Komitəsinin sədri Belqradı bombalamağa çağırıb - FOTO

25-09-2023, 12:08           
NATO-nun Avropa İnkişaf Komitəsinin sədri Belqradı bombalamağa çağırıb - FOTO
NATO-nun Avropa İnkişaf Komitəsinin sədri Günter Felinger Şimali Atlantika Alyansını Serbiyaya zərbə endirməyə çağırıb.

O, müvafiq mesajı “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) yayıb.

“Banskada Serblərin Kosovoya qarşı müharibəsi başlayıb... Mən NATO-nu dərhal Serbiyaya qarşı müdaxilə hazırlamağa çağırıram. Belqradı elə indi bombalayın!”, - Felinger yazıb.

Eyni zamanda o, baş verənlərdə Rusiyanın əli olduğunu iddia edib.
Bundan əvvəl Kosovonun baş naziri Albin Kurti maskalı silahlı şəxslərin fotolarını dərc edərək, onların Serbiya hakimiyyətinin dəstəyi ilə polisə hücum etdiyini iddia edib. O bildirib ki, Kosovo hüquq-mühafizə orqanları şübhəlilərin saxlanılması üçün əməliyyat keçirir. Kurtinin sözlərinə görə, bazar günü gecə bir hüquq-mühafizə orqanı əməkdaşı həlak olub, ikincisi isə yaralanıb.

Məsələ ilə bağlı Serbiya Prezidenti Aleksandar Vuçiç həmvətənlərinə müraciət edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.