"İstəyirsinizsə hamımızı öldürün, Kosovonu tanımayacağıq" -

25-09-2023, 12:38           
"İstəyirsinizsə hamımızı öldürün, Kosovonu tanımayacağıq" -
"Serbiya heç vaxt Kosovonun müstəqilliyini tanımayacaq, istəsəniz hamımızı öldürün. Biz hər zaman danışmağa hazırıq, amma Kosovonun müstəqilliyini əsla!".

"Unikal" xəbər verir ki, bunu ölkə rəhbəri Aleksandar Vuçiç Serb Milli Təhlükəsizlik Şurasının iclasında deyib.

O, həmçinin baş verənlərə görə Kosovonun baş naziri Kurti günahlandırıb.

Qeyd edək ki, Kosovonun şimalındakı silahlı qarşıdurmada üç serb həlak olub, daha ikisi ağır yaralanıb. Serb qruplaşmasının Leposaviç sərhəd bölgəsində polis nəzarət məntəqəsinə təşkil etdiyi hücumda isə bir Kosovo polis məmuru həyatını itirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru