Lavrovun Azərbaycana səfəri başladı

11-07-2016, 20:24           

Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri başlayıb.

Səfər işgüzar xarakter daşıyır. Səfər müddətində onun Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü gözlənilir. Görüşlər zamanı ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparılacaq.

Səfər sabah başa çatacaq.

Qeyd edək ki, S. Lavrov iyunun 4-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün Ermənistanda səfərdə olub. Həmin səfər zamanı da Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunulub.

İki gün öncə Azərbaycan prezidenti İlham Əliyev Varşavada keçirilən NATO sammiti çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfər edəcəyini xatırladaraq bu səfərin Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir edəcəyinə inamını ifadə edib.(APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru