İlham Əliyev: Bu yoxlamalara məruz qalan yazıq insanlar nə çəkirdi...
12-07-2016, 10:04
Nazirlər Kabinetinin ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasındakı yekun çıxışında prezident İlham Əliyev biznes və sahibkarlıq subyektlərində yoxlamaların dayandırılmasına dair ilin əvvəlində verdiyi göstərişin uğurla yerinə yetirildiyini açıqlayıb.
Prezident ona təqdim olunmuş hesabata əsasən ilin əvvəlindən bu yana vergi yoxlamaları istisna olunmaqla biznes və sahibkarlıq obyektlərində cəmi 56 yoxlama aparıldığını bildirib
“Bəs ötən ilin eyni dövründə nə qədər yoxlama aparılmışdı? 40 minə yaxın! İndi siz fərqə baxın-40 min və 56. Məncə əlavə şərhə ehtiyac yoxdur. Bu 40 min yoxlamanın arxasında nə dayandığını həmin yoxlamalara məruz qalan yazıq insanlar hamıdan yaxşı bilir. Mən indi yoxlamaların minimuma endirilməsi faktını burada açığı, qürur hissi ilə qeyd edirəm. Lakin bu, əslində norma olmalıdır. Norma 40 min yoxlama olmamalıdır”-prezident çıxışında deyib.