Xaça görə hay-küy salan ermənilər məscidin qapısını söküb "pub"da istifadə edirmiş - FOTO

2-10-2023, 13:09           
Xaça görə hay-küy salan ermənilər məscidin qapısını söküb "pub"da istifadə edirmiş - FOTO
Xankəndidə fəaliyyət göstərən erməni iş adamına məxsus “pub”ın qapısı Ağdamın Şahbulaq qalasından götürülüb.

Ölkə.Az xəbər verir ki, bunu dosent Zaur Əliyev deyib. O qeyd edib ki, bu qapı Şahbulaq qalasında ermənilərin dağıtdığı qədim məscidin qapısıdır:

“1993-cü ildə ermənilər tərəfindən işğal edildikdən sonra kompleksin daxilindəki məscid, hamam, Xan sarayı və bəzi yaşayış evləri sökülüb dağıdılmışdı. Sökülən bu məscid 1752-ci ilə aid idi”.

Z.Əliyev ermənilər Xankəndidə sökülən xaça görə hay-küy qaldırdığını xatırladaraq sözlərinə belə davam edib:

“Bunları onların gözünə soxmaq lazımdır ki, islam mədəniyyətinə və inancına məxsus tikilinin - məscidin qapısını niyə içki yerində istifadə edirsiniz? Məgər islam dinin qadağalarını bilmirlər?
Demək, islam dininə ən böyük təhqiri onlar edə bilərlər, biz adi dəmir xaçı sökə bilmərik?”














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru