Teraktın arxasında Hindistan kəşfiyyatı dayanır - Nazir

2-10-2023, 14:08           
Teraktın arxasında Hindistan kəşfiyyatı dayanır - Nazir
57 nəfərin ölümü ilə nəticələnən 29 sentyabr hücumlarının arxasında Hindistanın kəşfiyyat agentliyi “Research and Analysis Wing” durur.

Axar.az xəbər verir ki, bunu Pakistanın müvəqqəti hökumətinin daxili işlər naziri Sərfaraz Əhməd Buqti deyib.

“Hücum Bəlucistan və Hayber Paxtunxva əyalətlərində Mövlud Qəndil üçün toplaşan vətəndaşlara qarşı yönəlib”, - o bildirib.

Buqti vurğulkayıb ki, “Research and Analysis Wing” təşkilatı Pakistan Talibanını (TTP) dəstəkləyir.

Qeyd edək ki, Yeni Dehli administrasiyası Buqtinin ittihamlarına hələ cavab verməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.