Bəxtiyar Hacıyevin həbs müddəti uzadıldı

3-10-2023, 00:07           
Bəxtiyar Hacıyevin həbs müddəti uzadıldı
Bəxtiyar Hacıyev barəsində növbəti dəfə məhkəməyə təqdimat verilib.

"Qafqazinfo” xəbər verir ki, Xətai Rayon Məhkəməsində keçirilən iclasda prokuror iş üzrə ibtidai istintaq hərəkətlərinin davam etdiyini əsas gətirərək seçilmiş qətimkan tədbiri müddətinin uzadılmasını istəyib.

Məhkəmə təqdimatı əsaslı hesab edib. Qərara əsasən B.Hacıyevin həbsdə saxlama müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, Bəxtiyar Hacıyev ötən ilin dekabrında həbs edilib. O, Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq), 289.1(məhkəməyə hörmətsizlik etmə), 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 320.1 (rəsmi sənəd saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru