Erməni teroruna qarşı birləşmək zamanıdır...

3-10-2023, 07:17           
Erməni teroruna qarşı birləşmək zamanıdır...
44 gün 24 saatlıq Zəfərlə yekunlaşan müharibə və antiterror əməliyyatından sonra, erməni və havadarları ilə mübarizəmiz yeni fazaya qədəm qoyub. Hesab edirəm Ali Baş Komandanın və onun komandasının eləcədə qardaş Türkiyənin bu sahədə dəstəyi ilə həyata keçirdiyi çevik və düşünülmüş siyasət, "şahmat taxtası üstə" regiyonda marağı olan bəzi oyunçuları pat vəziyyətinə salmaqdadır. Dövlətin həyata keçirdiyi xarici siyasət öz yerində...
24 saatlıq antiterror əməliyyatından sonra xaricdə yaşayan ermənilər yenidən fəallaşaraq Azərbaycan əlehinə aksiyalar keçirdir, hətda səfirliklərimizə, Türkiyə diplomatĺarına hucumdan belə çəkinmirlər. Bundan sonra biz vətəndaş və xaricdə yaşayan soydaşlarımız olaraq nə etməliyik ? Düşünürəm ölkəmizdə dövlət və xalq vəhdətini dahada möhkəmləndirərək qoruyub saxlamalı, bu vəhdətə hər hansı bir xələl gətirən amillərə qarşı barışmaz mövqe nümayiş etdirib, arxadan "xəncəl sapmaq" istəyənləri ifşa edilib, xalqın qınağı ilə "tərkisilah" olunmalıdırlar. Xaricdə yaşayan soydaşlarımız isə, ilk növbədə təhlükəsizlik baxımından ehtiyatlı olmalı, siyasi baxışlarından asılı olmayaraq, erməni təbliğati və hər an terorr törədə biləcək erməni əsillilərə qarşı bir yerdə olmaqlarının nə qədər zəruri olduğunu bilməlidirlər. Bu mübarizədə türk qardaşlarımız və bizə dost olan digər millətin nümayəndələrinidə qoşmaq arzuolunandı...
Dostlar tarixi günlər yaşamaqdayıq. Hər kəs umu-küsünü bir kənara qoyub, "barmağını daşın altına qoymağı" bacarmalıdır. Unutmayaq ki, hər birimiz bu dünyaya bir dəfə qonaq kimi gəlirik.
Vətənimiz, millətimiz, xalqımız naminə bu mücadilıyə öz töhfəni verməyə hazırsanmı ?
Barat Abbas Oglu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.