Avropa Birliyi Orta Dəhliz üçün 120 milyard dollar ayırır: - “Zəngəzur və Gürcüstan dəhlizi Rusiyanın əlindən çıxacaq”

3-10-2023, 10:42           
Avropa Birliyi Orta Dəhliz üçün 120 milyard dollar ayırır: -
Avropa Birliyi Orta Asiya ilə Qərbi birləşdirəcək nəqliyyat-kommunikasiya əlaqələrini qurmaq üçün 120 milyard dollar vəasit ayıracaq. Teref.az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Həmin məlumatda deyilir ki, Orta Dəhlizin bir hissəsi (əsas hissəsi) olan bu yolun üzərində infrastrukturun qurulması üçün ayrılan 120 milyard dollarlıq kredit ümumi xərclərin 40 fazinə bərabərdir.

Qeyd edilir ki, bu layihə 2030-cu ilə kimi hazır olacaq. Bundan sonra isə Orta Dəhlizin mühüm hissəsi işə düşəcək.

SEPAH-dakı mənbənin “Mehr”ə verdiyi açşıqlamada isə qeyd edilir ki, belıə olan durumda Rusiya Orta Dəhlizə nəzarət edə bilməyəcək. Paralel olaraq Orta Asiyanı da itirmək riski ilə üz-üzə qalacaq. “İstər Zəngəzur dəhlizi, istərsə də Gürcüstan marşrutu Rusiyanın nəzarətindən çıxacaq. Bunun qarşısını almaq və Qərblə mübarizədə təklənməmək üçün Rusiya İranla əməkdaşlıq etməlidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.