ABŞ İrəvanın Qarabağla bağlı iddialarını təsdiqləmədi: “Sübutlara söykənməlidir”

3-10-2023, 10:34           
ABŞ İrəvanın Qarabağla bağlı iddialarını təsdiqləmədi: “Sübutlara söykənməlidir”
ABŞ-nin Dövlət Departamenti Ermənistanın guya Qarabağda “etnik təmizləmə”nin olmasına dair iddialarını təsdiqləməyib.

Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə bildirib.

Onun sözlərinə görə, ABŞ “etnik təmizləmə və soyqırımı kimi iddialara çox ciddi yanaşır”:

“Lakin, həmişə olduğu kimi, soyqırımı və etnik təmizləmə məsələlərində nəticə çıxarmaq sübutlara söykənən dolğun proses tələb edir. Hazırda bununla bağlı hər hansı nəticəyə vara bilməyəcəyəm”.

Miller həmçinin diqqətə çatdırıb ki, Vaşinqton BMT missiyasının regiona səfər etməsini təqdirəlayiq hesab edir. Eyni zamanda, sözçü xarici siyasət idarəsinin Bakı və İrəvanı sülh danışıqlarına qayıtmağa təşviq etdiyini vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.