Elmar Məmmədyarov: “Qarabağ məsələsində prinsip etibarı ilə anlaşma var”
12-07-2016, 22:55
“Prinsip etibarı ilə anlaşma var, bu ondan ibarətdir ki, mərhələli şəkildə addım-addım biz münaqişə ilə bağlı mövcud problemləri həll etməliyik”.
Gununsesi.info xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmdəyarov Rusiya XİN başçısı Sergey Lavrovla görüşün yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib. E.Məmmədyarovun sözlərinə görə, bu da, ondan ibarətdir ki, mərhələli şəkildə addım-addım biz münaqişə ilə bağlı mövcud problemləri həll etməliyik. Nazir deyib ki, iyulun 8-9-da NATO-nun Polşada keçirilən sammitində bizim Fransa prezidenti və ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşmək imkanımız oldu: “Təbii ki, bütün bu görüş və danışıqlar münaqişənin nizamlanması ilə bağlı razılaşdırılmamış mətn və anlayışlara dair həll yolunu tapmaq üçün aparılıb. Prinsip etibarı ilə anlaşma var, bu ondan ibarətdir ki, mərhələli şəkildə addım-addım biz münaqişə ilə bağlı mövcud problemləri həll etməliyik. Hərbi birləşmələr təkcə bizim ölkə deyil, bütün komponenet təhlükəsizliyi üçün əsas təhlükə təşkil edir. Demək olar ki, təhlükə qlobal xarakter daşıyır. Biz Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin qiymətləndirilməsinə də dair müzakirələr apardıq”.