"Erməni faşizmi" heykəli

4-10-2023, 09:34           
"Erməni faşizmi" heykəli
1921-ci ildə Osmanlıların sabiq sədr-əzəmi Tələt Paşa bir erməni terrorçusu tərəfindən kürəyindən güllələnərək qətlə yetirilmişdi. Böyük Türk Paşasına bu gülləni sıxan ermənin adı Soğomon Tehliryan idi.
2015-ci ildə Ermənistanın Şirak rayonunda bu erməni terrorçusuna heykəl qoyuldu. Heykəldə Soğoman Tehliryanın ayağının altında Tələt Paşanın kəsilmiş başı təsvir olunurdu. Özgə vaxt Türkləri faşist adlandıran Ermənistanın bu hərəkəti təkcə terrorizmi ucaltmaq yox, həmdə heç bir siyasi əxlaqa sığmayan ən böyük faşizm təbliğatının nümunəsidir.

Dərd burasındadır ki, Ankaranın bütün tələblərinə baxmayaraq, İrəvan bu heykəli sökmək də istəmir. Bir də utanmadan qeydsiz-şərtsiz sülh danışıqlarından dəm vurur.
Nə qədər ki, İrəvan Türk qanına susayan erməni terrorizmini müqəddəsləşdirəcək, sülhə bel bağlaya bilməz. Ermənilər bu regionda rahat və asudə yaşamaq istəyirlərsə, ilk əvvəl öz içlərindəki “erməniliyi” məhv etməyi bacarmalıdırlar.
Heyder Oguz
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru