Nigerin baş nazirindən Fransaya sui-qəsd ittihamı

4-10-2023, 12:09           
Nigerin baş nazirindən Fransaya sui-qəsd ittihamı
Nigerin üsyançılar tərəfindən təyin edilmiş keçid hökumətinin başçısı Əli Lamin Zeyn iddia edib ki, Fransa Afrika ölkəsinin yeni hakimiyyət nümayəndələrini öldürmək üçün plan hazırlayıb.

“Fransa digər düşmənlərimizlə birlikdə ölkənin nazirlərini və rəhbərliyinin nümayəndələrini öldürmək üçün plan hazırlayıb. Fransa Nigerdə vəziyyəti gərginləşdirmək üçün öz vasitələrindən istifadə edir”, - o bildirib.

Xatırladaq ki, iyulun 26-da Nigerdə ​​prezident qvardiyasının bir qrup hərbi qulluqçusu qiyam qaldıraraq prezident Məhəmməd Bazumun vəzifəsindən uzaqlaşdırıldığını elan edib. Yeni hakimiyyət Fransa ordusunun ölkədə yerləşdirilməsini pisləyib və kontingentin çıxarılmasını tələb edib.
Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru